"Anam son günlərini yaşayanda, mən konsert verdim"

Day.Az представляет новость на азербайджанском языке

ARB TV-nin "Ömrün fəsilləri" proqramının budəfəki qonağı əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadə olub.

Bəstəkar proqramda anasının son anlarından danışıb.

"Anam son günlərini yaşayarkən mən məcburi şəkildə konsert verdim. Afişalar artıq hazır idi deyə konsert dayanmadı. Mayın 31-i konsert oldu, iyunun 6-sı anam rəhmətə getdi. Konsert mənim üçün ağır idi. O konsertə heç bir zaman baxmamışam.

Anam nəfəs problemi ilə soruşub ki, konsert necə keçdi? Sonra deyib ki, mən rahat gedə bilərəm. Son anında belə mənim sənətimi ön plana qoyub. Belə hadisələrlə sənət adamları çox rastlaşıb. Ayın 1-də mən Türkiyəyə anamın yanına uçdum. Anamın yanında oldum. Amma o, sanki, getmişdi artıq. Mənim konsertimdən kadrları ona göstəriblər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: