Bu gecə internet təminatında fasilələr yarana bilər

14 ноября 2017 17:00

Day.Az представляет новость на азербайджанском языке

Bu gecə internet təminatında fasilələr yarana bilər.

Day.Az xəbər verir ki, "Bakı Telefon Rabitəsi" MMC-dən Trend-ə verilən məlumata görə, xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədilə "Bakinternet"in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq.

Profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə, saat 04:00-dan 06:00-dək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.

MMC yarana biləcək kəsintilərə görə üzr istəyir, profilaktik tədbirlərin nəzərə alınmasını xahiş edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.