Fransada naməlum şəxs yoldan keçənlərə atəş açıb - Terror?

14 ноября 2017 17:20

Day.Az представляет новость на азербайджанском языке

Fransanın Nitsa şəhərində naməlum şəxs yoldan keçənləri qırma ilə vurub.

Trend-in məlumatına görə, polis əməkdaşları Lex Valensa adına bulvarın yaxınlığındakı məhəllənin yollarını bağlayıblar.

Kurort şəhərinin digər rayonunda da əməliyyat davam edir.

Bir kişinin Sen-Roş məhəlləsindəki evlərin birində barrikada qurduğu, polisin ərazini mühasirəyə aldığı bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.