Türkiyədə xəstələri aparan avtobus aşıb

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Dənizli vilayətində şəkərli diabet xəstələrini aparan avtobus aşıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qəzanın baş vermə səbəbləri məlum deyil, hazırda qəzanın səbəbləri araşdırılır.

Polis araşdırmalara başlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.