Lavrovdan Qarabağ AÇIQLAMASI: "Müzakirə edəcəyik"

Day.Az представляет новость на азербайджанском языке

"Gələn həftənin əvvəlində İrəvan və Bakıya səfər etməyi düşünürəm".

Day.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov TASS-a açıqlamasında deyib.
 
O bildirib ki, gündəliyə hər iki ölkə ilə ayrılıqda ikitərəfli əlaqələrin müzakirəsi daxildir: "Həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səylərin hansı səviyyədə olduğunu müzakirə edəcəyik".
 
Görüşlər zamanı həmçinin regional və beynəlxalq məsələlərin müzakirəsi nəzərdə tutulub. 
 
Xatırladaq ki, S. Lavrov noyabrın 20-də Bakıya səfər edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.