Əmrah Çəlikəl: ""Qarabağ"ın qapıları yeni sponsorlara açıqdır"

Day.Az представляет новость на азербайджанском языке

"Bizim "Azərsun", "Azərçay" və "Bizim Tarla"dan başqa sponsorumuz yoxdu. Doğrudu, ötən illərdə "Damat" şirkəti ilə görüşlərimiz olub, amma aramızda hansısa sponsorluq anlaşması imzalanmayıb".

Day.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın direktoru Əmrah Çəlikəl deyib.

Klubun rəsmi saytına açıqlamasında Türkiyənin "Damat" şirkətinin Ağdam təmsilçisinə sponsorluq etməsi barədə yayılan xəbərlərə münasibət bildirən Çəlikəl Türkiyə şirkətinin prezidentinin belə iddialarının həqiqətdən uzaq olduğunu qeyd edib: "Ola bilsin şirkətin prezidenti olanları səhv xatırlayıb. "Qarabağ"ın qapıları, əlbəttə, yeni sponsorlara açıqdı. Amma hal-hazırda, artıq qeyd etdiyim kimi, "Azərsun", "Azərçay" və "Bizim Tarla"dan başqa sponsorumuz yoxdu".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.