Ceyranbatanda bir-birinə bitişik 2 ev yandı

14 ноября 2017 18:56

Day.Az представляет новость на азербайджанском языке

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yanğın olub.

Day.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 80 kv.m sahədə və bitişik tikilmiş, ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 2 kv.m sahədə və 1 ədəd plastik pəncərə yanıb.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.