Kamran Ağayevə cəza verildi

14 ноября 2017 18:57

Day.Az представляет новость на азербайджанском языке

Çexiya Futbol Federasiyasının İntizam Komitəsi "Mlada Boleslav"ın qapıçısı Kamran Ağayevi cəzalandırıb.

Day.Az qol.az-a istinadən xəbər verir ki, millimizin qolkiperi ölkə çempionatının 13-cü turunda "Ostrava" ilə görüşdə iki sarı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. Beləliklə, Kamran 14-cü turda "Bohemians"la matçı buraxacaq.

Qeyd edək ki, "Ostrava" ilə qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılan K.Ağayev bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və meydandan qovulub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.