Hadisə paltarı da başqasından "oğurlayıbmış"

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Hadisə "Sıfır tolerans" klipində dünya şöhrətli reper Niki Minajın libasını geyinib.

Day.Az axşam.az-a istinadən bildirir ki, "Agent provocateur"dan olan libasın dəyəri 1525 dollardır. Paltarı daha əvvəl Niki Minaj istifadə edib.

Sosial şəbəkə istifadəçilərinin bəziləri geyimi Hadisəyə yaraşdırsalar da, bəziləri onu plagiata meyilli olmaqda günahlandırıb.

Qeyd edək ki, Hadisənin "Sıfır Tolerans" klipinin Britni Spirsin "Everytime" klipi ilə eyni olduğu üzə çıxıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.