"İbrahimoviç olanda başqa tərzdə oynayırdıq"

14 ноября 2017 19:41

Day.Az представляет новость на азербайджанском языке

İsveç millisi pley-off raundunda İtaliyanı mübarizədən kənarlaşdırmaqla 2018-ci il dünya çempionatına vəsiqə qazanıb. Matçdan sonra oyunla bağlı fikirlərini bölüşən skandinavların baş məşqçisi Yanne Anderson AVRO-2016-dan sonra mjillidə çıxşını başa vuran İbrahimoviç barədə də danışıb.

Day.Az goal.az-a istinadən xəbər verir ki, isveçli mütəxəssis bunları deyib:

"Bu inanılmazdır. İbrahimoviç 1 il 6 ay öncə milli karyerasını başa vurub. Bizsə hələ də onun haqqında danışırıq. Bu komandada çıxış edən möhtəşəm futbolçular barədə danışmaq lazımdır. Bu gün üçün qəhrəmanlarımız çoxdur. Nəticədən çox razıyam. İbrahimoviç olanda başqa tərzdə oynayırdıq. Onun millidən getməsini nəzərə alıb başqa oyun stili tapmağa məcbur olduq. Amma Zlatan əla futbolçudur".

Zlatan İbrahimoviç özü yenidən millidə oynamaq ehtimalını zəif qiymətləndirmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.