“Watsapp”dan YENİLİK

14 ноября 2017 19:45

Day.Az представляет новость на азербайджанском языке

Vatsap proqramı ilə bağlı yenilikləri yaxından izləyən "WABetaInfo" saytı proqrama yeni xüsusiyyətlərin əlavə olunacağını elan edib.

Publika.az xəbər verir ki, Vatsap qruplarında səsli zəng funksiyası işə salınacaq. Ancaq yeni tətbiq gələn il istifadəyə veriləcək.

Eyni zamanda, hələ ki, "iOS", "Android", "Windows Phone", "BlackBerry"də işləyən Vatsap artıq "iPad" və "iPod" tipli texnoloji vasitələrə də tətbiq ediləcək. Bu texnologiyalarda Vatsapa masa üzərindən daxil olunacaq. Proqram brauzer versiyasına bənzər bir görünüşdə olacaq və bildirişlərə "iPhone"dakı kimi daxil olunacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.