"Şopinq Festival ölkəmizi dünyaya tanıtmaq üçün ideal layihədir"

14 ноября 2017 19:50

Day.Az представляет новость на азербайджанском языке

Bakıda keçirilən Şopinq Festival, şübhəsiz, ölkəmizi başqa bir prizmadan dünyaya tanıdacaq.

Day.Az-ın məlumatına görə, bunu festivalın saytına açıqlamasında şoumen Murad Dadaşov deyib.

Onun fikrincə, Azərbaycanın dünya təcrübəsindən faydalanaraq şopinq festival kimi böyük layihə həyata keçirməsi uğurun göstəricisidir: "Biz hər zaman Dubayda, İstanbulda şopinq festivalların keçirildiyinin şahidi olurduq. Sevindirici haldır ki, artıq dövlətimiz də bu cür təşəbbüsə qoşulub və ildə iki dəfə şopinq festival keçirərək həm yerli əhaliyə, həm də turistlərə endirim fürsəti təqdim edir. Üstəlik, Azərbaycan yeganə ölkədir ki, turistlərlə yanaşı, öz vətəndaşlarına da ƏDV-nin bir hissəsini geri qaytarır. Mən özüm də festival müddətində alış-veriş etmişəm, müəllifi olduğum layihədə də dəfələrlə bu barədə çağırış edərək insanları bu fürsətdən yararlanmağa səsləmişəm. Düşünürəm ki, şopinq festival alıcılıq qüvvəsinin və turistlərin sayının artmasına gətirib çıxaracaq. Qısacası, bu Festival ölkəmizi dünyaya tanıtmaq üçün ideal layihədir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.