Tbilisi hava limanı bağlandı

Day.Az представляет новость на азербайджанском языке

Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında fövqəladə vəziyyət yaranıb.

Day.Az report.az-a istinadən bildirir ki, bu barədə Gürcüstanın "Birinci kanal" televiziyası məlumat yayıb.

Naməlum şəxs aeroportda təhlükəli çanta olması barədə "112" çağrı mərkəzinə zəng edib.
Hava limanındakı sərnişinlər təxliyyə olunublar, başqa ölkələrdən və şəhərlərdən gələn sərnişinləri təyyarələrdən kənara buraxmırlar.

Aeroportun ərazisində partlayıcı maddə axtarılır.

Hadisə yerində polis təhqiqat aparır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.