10 yaşlı oğlanı müəllim döyüb öldürdü - Livanda faciə - VİDEO

14 ноября 2017 20:24

Day.Az представляет новость на азербайджанском языке.

Orta məktəbdə ədəbiyyat müəllimi dərsi bilməyən uşağı vəhşicəsinə döyüb. 10 yaşlı uşaq aldığı travmalardan 3 gün sonra keçinib.

Milli.Az Al Hayat-a istinadən bildirir ki, olay Livanın paytaxtı Beyrutda baş verib.

Əhməd Abadi adlı 10 yaşlı oğlan dərsi bilmədiyi üçün müəllimi onu amansızlıqla döyüb. Ədəbiyyat müəlimi Əhmədin başını divara çırpıb, uşaq huşunu itirib yerə yıxılanda isə onu dəfələrlə təpikləyib.

Məktəbə çağırılmış təcili yardım maşını Ə.Abadini hospitala aparıb.

Koma vəziyyətində olan Ə.Abadi həkimlərin bütün səylərinə rəğmən, 3 gün sonra reanimasiya bölməsində keçinib.

Fələstinli uşağın ölümü ilə bağlı yayılan ilk rəsmi açıqlamada "Əhməd Abadi düz bağırsağındakı yaradan ölüb" deyilsə də, Əhmədin beyninə qan sızmasının, habelə çoxsaylı sınıqları və travmalarının təsdiqləndiyi epikriz yayılıb.

 

Ə.Abadinin oxuduğu məktəbin direktoru və cəllad müəllim həbs olunublar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

10 yaşlı oğlanı müəllim döyüb öldürdü - Livanda faciə