Tbilisi hava limanı bağlandı

Day.Az представляет новость на азербайджанском языке

Şota Rustaveli adına Tbilisi Beynəlxalq aeroportunda sərnişinlərin təxliyyəsi ilə əlaqədar üç aviareys təxirə salınıb.

Day.Az report.az-a istinadən bildirir ki, bunlar Tbilisi-Astana, Tbilisi-Təl-Əviv və Tbilisi-Tehran reysləridir. 

Bu reyslər üzrə uçuşlar yaxın vaxtlarda yerinə yetiriləcək. Qeyd edək ki, anonim zəng nəticəsində aeroportun fəaliyyətində fasilə yaranıb. Polis aeroportun hər iki terminalında axtarış aparıb. Partlayıcı qurğu tapılmayıb.

Sərnişinlərə aeroportun hər iki terminalına girib-çıxmalarına icazə verilib.

"112" çağrı mərkəzinə zəng vuraraq yalan məlumat vermiş şəxs axtarılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.