"Bu zaman xəstəliyin müalicəsində həqiqi sıçrayış gözləmək olar"

Day.Az представляет новость на азербайджанском языке

Day.Az moderator.az-a istinadən xəbər verir ki, az kalorili yemək nəinki xəstəliyin inkişafının aşağı düşməsinə səbəb olur, həm də onun müalicəsinə kömək edir.

Gəmiricilər üzərində az kalorili dietanın tədqiqatı göstərib ki, yeməyin xüsusi növünə keçəndə qanda qlükozanın səviyyəsi nəinki tez düşür, həm də onu sabit vəziyyətdə saxlayır.

Merilenddəki Hovard Hyuz institutunun alimləri qeyd edirlər ki, cəmi üç günün içərisində fenomenal nəticələr əldə olunub, bununla da mədəaltı vəzə və böyrəyə düşən güc iki dəfə azalıb.

Cell Metabolismdə dərc olunan tədqiqatlar o nəticəyə gəlməyə imkan verir ki, orqanizmə daxil olan kaloriyə nəzarət insanı təkcə artıq çəkidən qurtarmır, həm də ağır xəstəliklərlə mübarizə etməyə imkan verir.

Əgər dietik yeməyin yeni növlərinin kliniki tədqiqatları öz təsirliyini təsdiq edərsə, o zaman hətta diabetin ağır formasının müalicəsində həqiqi sıçrayış gözləmək olar.

Xatırladaq ki, noyabrın 14-ü Ümumdünya Diabaetlə Mübarizə günüdür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.