Erkan Petekkayanın xanımı ilə romantik anları

Day.Az представляет новость на азербайджанском языке

Hazırda "Kayıt Dışı" serialında baş rolda oynayan aktyor Erkan Petekkaya ötən gecə restoranlardan birində xanımı Didem Petekkaya ilə görüntülənib.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük Ayla Çelikin "Bağdad" mahnısının sədaları altında romantik anlar yaşayıb.

Ərinin gözlərinə baxaraq mahnını zümzümə edən Didemin görüntüləri kameralara tuş gəlib.

Cütlüyün romantik anı qısa zamanda sosial mediada ən çox müzakirə edilən mövzulardan birinə çevrilib.

Xatırladaq ki, 46 yaşlı aktyorun bir neçə gün əvvəl ticarət mərkəzlərindən birindən çıxıb avtomobilinə minərkən ayağı burxulub. Dərhal xəstəxanaya aparılan aktyorun ayağının sındığı bildirilib və gipsə salınıb.

Erkanın ayağının sağalanadək çəkilişlərdən uzaq qalacağı açıqlanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.