İran və Səudiyyə Ərəbistanı: regionun dostları və düşmənləri - FOTOLAR

14 ноября 2017 23:12

Day.Az представляет новость на азербайджанском языке

İran və Səudiyyə Ərəbistanı uzun zamandır ki, regionun düşmənləridir. Əsas oyunçuların mövqeyi ilə tanış olaq.

Səudiyyə Ərəbistanı

Sünnilərin üstünlük təşkil etdiyi krallıq, İslamın doğulduğu yerdir və İslam dünyasının ən mühüm ziyarətgahlarının məskənidir. Dünyanın əsas neft ixracatçısı olmaqla yanaşı, həm də ən varlı ölkələrindən biridir.

Day.Az BBC-yə istinadən bildirir ki, Səudiyyə Ərəbistanı İranın Orta Şərqi idarə etməsindən çəkinir və şiələrin dominant olduğu bu ölkənin regiondakı təsirinə qarşı çıxır.

Onun İran ilə qarşıdurması ABŞ prezidenti Donald Trump-ın ölkəyə qarşı bənzəri münasibəti ilə üst-üstə düşür.

Gənc və getdikcə nüfuzu daha da artan vəliəhd şahzadə Məhəmməd bin Salman, qonşu Yəməndəki husi üsyançılarına qarşı müharibənin tərəfdarıdır.

Səudiyyəlilər deyirlər ki, üsyançılar maddi baxımdan İrandan dəstək alırlar. Tehran isə iddianı təkzib edir.

A member of the Saudi border guard holds position at a look-out point on the Saudi-Yemeni border

Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı mübarizəyə rəhbərlik edir

Səudiyyə Ərəbistanı eləcə də, İranın əsas müttəfiqi Suriya prezidenti Bəşər əl-Əsədi devirməyə çalışan üsyançı qüvvələri dəstəkləyir.

Səudiyyə Ərəbistanı regionda ən güclü təchiz olunmuş ordua sahibdir və dünyanın ən böyük silah idxalçılarından biridir. Ordunun sayı 227.000 kimi göstərilir.

İran

İran 1979-cu ildə İslam respublikasına çevrilib. Monarxiya devrildikdən sonra, siyasi idarə ali lider Ayəttulla Xomeyninin əlinə keçib.

İranın 80 milyonluq əhalisinin böyük hissəsi şiə müsəlmanlarıdır və ölkə regionun aparıcı şiə gücüdür. Hazırkı lider Əli Xamneyi əsas xarici və daxili siyasət məsələlər üzrə son sözə malikdir.

İran Suriya prezidenti Bəşər əl-Əsədi müxalif qruplar və özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı mübarizəsində dəstəkləyir. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Suriya və İraqda sünni cihadçılarına qarşı əsas rolu oynayıb.

İran həmçinin inanır ki, Səudiyyə Ərəbistanı, Livan hakimiyyətinin bir hissəsini təşkil edən şiə hərəkatı Hizbullaha görə orada sabitliyi pozmağa çalışır.

İran ABŞ-ı əsas rəqibi görür.

Members of the Iranian Revolutionary Guard

İİKK İranın əsas hərbi, siyasi və iqtisadi gücüdür

Deyilənlərə görə, İran regionun ən müasir raket sistemlərinə malikdir.

Daimi ordu və İİKK da daxil olmaqla ölkənin xidmətdə olan personalına 534.000-dən çox adam daxildir.

ABŞ

ABŞ-İran münasibətləri demək olar ki, həmişə gərgin olub. 1953-cü ildə Mərkəzi Kəşfiyyat Agentliyi (CİA) tərəfindən İran baş nazirinin işdən atılmasından tutmuş, İran inqilabı və 1980-ci illərdə Tehrandakı ABŞ səfirliyi işçilərinin girov götürülməsinə qədər müxtəlif hadisələr gərginlik yarasına, necə deyərlər duz səpib.

Digər tərəfdən isə Səudiyyə Ərəbistanı həmişə ABŞ-ın müttəfiqi olub. Hərçənd ki, Barack Obama administrasiyası altında münasibətlər yaxşı olmayıb.

Prezident Trump İrana qarşı kəskin münasibət göstərmək sözü versə də, Obama administrasiyası zamanı İran ilə əldə olunan nüvə sazişi barədə sözünü hələ ki, tutmur.

Ağ Ev və Səudiyyənin ali simaları isə bir-birləri üçün qırmızı xalı sərməkdə davam edirlər.

US President Donald Trump (R) and Saudi Deputy Crown Prince Mohammad bin Salman al-Saud

ABŞ Səudiyyə Ərəbistanının çoxdankı müttəfiqidir

Nə cənab Trump, nə də onun administrasiyası krallıqdakı radikal İslamı İrandakı terrorizm qədər tənqid etmirlər. Nə də ki, Səudiyyə onların mübahisəli səyahət qadağası siyahısına daxildir.

Donald Trump-ın prezident kimi ilk səfəri Orta Şərqə olub və o, Səudiyyə və İsrail liderləri ilə görüşüb.

Səudiyyə Ərəbistanı ABŞ-ın silah satdığı əsas ölkədir.

Rusiya

Rusiya həm Səudiyyə Ərəbistanı, həm də İran ilə müttəfiqdir. Hər iki ölkə ilə iqtisadi əlaqələri var. Eləcə də hər iki ölkəyə müasir silahlar satıb.

Rusiya Tehran ilə Riyad arasındakı gərginlikdə görünür ki, tərəf saxlamır. Əksinə arada vasitəçi rolunu oynamağa üstünlük verdiyini göstərir.

Moskvanın Orta Şərqdəki məsələlərə Soyuq Müharibə dövründən qarışdığını görmək olar. Belə ki, Sovet İttifaqı Suriya hərbçilərini silahla təmin edir və təlimlər keçirdi.

Suriyadakı və regiondakı təsiri, Sovet İttifaqı dağıldıqdan sonra səngisə də, Moskva yenidən bu yolda işləyir.

Suriya müharibəsində Rusiyanın havadan müdaxiləsi, və İranın dəstəyi Bəşər əl-Əsədin xeyrinə olub.

Russian President Vladimir Putin and Syrian President Bashar al-Assad

Rusiya prezidenti Vladimir Putin deyib ki, Suriya və Rusiya qüvvələri ölkə ərazisinin 90%-ni azad edib

Türkiyə

Türkiyə, Orta Şərqdə artan hərbi və siyasi inkişafda İran ilə Səudiyyə Ərəbistanı arasındakı incə xətti basdalayıb.

2002-ci ildə hakimiyyətə gələn İslam-yönlü Ədalət və İnkişaf Partiyası Ankaranın regional məsələlərə müdaxiləsini artırıb.

Sünnilərin üstünlük təşkil etdiyi Türkiyə, Səudiyyə Ərəbistanı ilə məzhəb qohumluğu və Suriya hökumətinə qarşı ortaq mövqeyi vasitəsilə yaxın olub.

Türkiyənin İran ilə soyuq münasibəti, onların ərazidəki kürd təsirinə qarşı birgə addım atmasının qarşısını almayıb. Belə ki, hər iki ölkə kürdləri təhlükə kimi görürlər.

Turkish President Recep Tayyip Erdogan

Türkiyə prezidenti Recep Tayyip Erdoğan İran ilə Səudiyyə Ərəbistanı mübarizəsində Qətərin tərəfini tutub

İsrail

 

İsrail dövləti 1948-ci ildə qurulub və əhalisinin əksəriyyətini yəhudilər təşkil edir. bununla belə, ərəb dünyasından Misir və İordaniya ilə diplomatik münasibətləri mövcuddur.

İran və İsrailin bir-birlərini görməyə gözləri yoxdur. İran İsrailin dövlət kimi mövcudluğunu qəbul etmir.

İsrailin baş naziri Benjamin Netanyahu beynəlxalq ictimaiyyəti İranın nüvə silahı almasına qarşı səsləyib.

O bildirib ki, regionun bəzi ərəb ölkələri ilə əməkdaşlıq etmək istəyinə İranın artan təsiri mane olur. Səudiyyə Ərəbistanı, İsrail mediasının sentyabrda səudiyyəli şahzadənin İsrailə səfəri xəbərlərini inkar edib.

Israeli Prim Minister Benjamin Netanyahu

Baş nazir Benjamin Netanyahu Donald Trump-ı "İranın terrorçu rejiminə qarşı cəsarətli münasibətinə" görə alqışlayıb

Misir

Misir Orta Şərq siyasətində adətən əsas rolu oynayıb və tarixən Səudiyyə Ərəbistanı ilə münasibəti İrandan daha yaxşı olub. Xüsusilə də İslam inqilabından sonra.

Səudiyyə Ərəbistanı da islamçı prezident Məhəmməd Mürsinin 2013-cü ildə ordu tərəfindən devrilməsini də dəstəkləyib.

Lakin Misir ilə İran arasında yaxınlaşmalar da olub. Belə ki, 2016-cı ildə Səudiyyə Ərəbistanı şirkəti Aramco Misirdə neft ixracatını dayandırdıqdan sonra, İran Misir-İraq neft sazişinə sponsorluq etmişdi.

Səudiyyə Ərəbistanı ilə İran arasında son zamanlar artan gərginlik arasında, Misir prezidenti Əbdül Fəttah əl-Sisi "regiondakı artan gərginlikdən yayınmaq çağırışları edib, amma Körfəz ölkələrindəki təhlükəsizlik və stabillik bahasına başa gəlməsinə də göz yuma bilməyəcəyini deyib".

"Körfəzin milli təhlükəsizliyi, Misirin milli təhlükəsizliyi deməkdir. Səudiyyə Ərəbistanının ağıllı və iradəli liderliyinə inanıram," cənab Sisi deyib.

Egyptian President President Abdel Fattah el-Sisi

Misir prezidenti Əbdül Fəttah əl-Sisi

Suriya

Prezident Bəşər əl-Əsəd rəhbərliyi altında Suriya hökuməti İran ilə çiyin-çiyinə irəliləyir.

İran tarixən Suriya liderlərini dəstəkləyib və üsyankar və cihadçı qruplara qarşı mübarizədə Suriya ordusuna hərbi və şəxsi yardımlar edib.

İran cənab Əsədi heterodoks şiə ələvi məzhəbinin ən yaxın ərəb üzvü kimi görür. Eləcə də Suriya, İranın Livandakı şiə qruplaşması Hizbullaha silah ötürmələrinin əsas tranzit mövqeyidir.

Hizbullah Suriya hökumətini müdafiə məqsədilə minlərlə döyüşçü səfərbər edib.

Suriya hökuməti tez-tez Səudiyyə Ərəbistanını Orta Şərqdə dağıdıcı siyasət aparmaqla ittiham edir.

Syrian government forces walk through a road in a north-eastern district of Deir al-Zour

Suriya qüvvələri yavaş-yavaş əraziləri İD-dən geri alır

Livan

Livanın Səudiyyə Ərəbistanı ilə münasibəti qarışıqdır.

Livanın baş naziri Saad Haririnin Səudiyyə hökuməti ilə yaxşı münasibətləri var. Təbii ki, o da İrana qarşıdır.

Lebanese Prime Minister Saad Hariri shown in a poster

Livan baş naziri, bu yaxınlarda Səudiyyə Ərəbistanına səfəri əsnasında istefa verib

Digər tərəfdən isə Livanın Hizbullahı İran ilə müttəfiqdir və kifayət qədər dəstək göstərir. Hizbullah lideri Həsən Nəsrullah tez-tez Səudiyyə Ərəbistanı hökumətinə "hücum" edir.

Körfəz ölkələri

Körfəz ölkələri Qətər, Bəhreyn və Küveytin Səudiyyə Ərəbistanı ilə münasibətləri keçmişdə İrana nisbətən daha dostcasına olub.

Lakin Qətər- Səudiyyə Ərəbistanı münasibətləri, bu ilin əvvəlində Səudiyyə Ərəbistanının Qətərdən İran ilə əlaqələrini kəsməsini istəməsindən sonra gərginləşib.

Qataris wave their national flag

Səudiyyə Ərəbistanı deyir ki, o, Qətərin ekstremizm və terrorizmə qarşı daha çox mübarizə aparmasını istəyir

Səudiyyə Ərəbistani, BƏƏ, Misir və Bəhreynin Qətəra qarşı iyulda yaratdığı blokadadan sonra, İran Qətərə qida ilə dolu beş təyyarə yollayıb.

Avqustda Qətər və İran diplomatik münasibətlərini tam bərpa ediblər

Bəhreyn və Küveyt isə daha çox Səudiyyə Ərəbistanına meyllidirlər.

Bəhreynin sünni kralı və ailəsi siyasi və hərbi postları tutsa da, ölkənin 70%-i şiələrdən ibarətdir.

Bəhreyn İranı ölkə daxilində hakimiyyəti devirmək üçün "terrorçu qruplara" təlim keçməkdə ittiham edir. Eləcə də ölkənin şiə müxalifətini İranla əlaqələr qurmaqda günahlandırır.

Hökumət oktyabr ayında bildirib ki, "İran İnqilabı Keşikçilərinin genişlənmə siyasətinin ən çox təsir etdiyi ölkədir".

Küveyt Qətər ilə blokada qurmasa da, İran ilə münasibətdən daha çox Səudiyyə Ərəbistanına meyylənib.

Küveyt fevral ayında Ərəb-İran münasibətlərinin yaxşılaşmasına səsləyib və İran prezidenti Həsən Ruhani 2013-cü ildə prezident seçildikdən sonra, ilk dəfə İran-Körfəz ölkələri gərginliyini müzakirə etmək üçün buraya səfər edib.

The Emir of Kuwait

Küveyt əmiri Doha ilə Riyad arasında vasitəçi olmağı təklif edib

Səudiyyə-Qətər böhranının ardından, Küveyt 15 İran diplomatını ölkədən xaric edib və İranla əlaqəli hərbi, mədəni və ticarət missiyaları daşıyan obyektləri bağlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.