Tovuzda avtomobil ağaca çırpıldı, sürücü xəstəxanada...

Day.Az представляет новость на азербайджанском языке

Tovuzda yol qəzası baş verib.

Day.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun "Semzavod" qəsəbəsi ərazisində baş verib. Rayon sakini, 1974-cü il təvəllüdlü Hüseynov Oruc Sabir oğlu "VAZ" markalı avtomobili idarə edərkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.