Kədərlənmək infarkta səbəb olur

Day.Az представляет новость на азербайджанском языке

Emosional stresin ürək üzərində yaratdığı təsir, eyni infarkt kimi ciddi problemlərə yol açır. Əgər güclü emosional stress yaşayırsınızsa, bu ürəyinizdə daimi bir pozuntuya səbəb ola bilər.

Day.Az modern.az-a istinadən bildirir ki, tədqiqatçılar kədər sindromunun ürəyi zəiflətdiyini və müalicəsi olmadığını bildirirlər.
 
Hədsiz kədər və stress ürək əzələsinin zəifləməsinə səbəb olur. Həkimlər indiyə qədər bu vəziyyətin keçici olduğunu və zamanla yaxşılaşacağını hesab edirdilər. Ancaq indi, bu vəziyyətin müvəqqəti olmadığı məlum olub.

Araşdırmaya görə, hər hansı səbədən kədərlənən şəxslərə infarkta qarşı qəbul edilən dərmanı vermək lazımdır. Həkimlər həddindən artıq stressin ürəkdə olan 4 kameradan, ancaq sol mədəciyin dəyişməsinə səbəb olduğunu açıqlayıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Day.Az представляет новость на азербайджанском языке