Kələm turşusunun fərqli hazırlanma qaydası

Day.Az представляет новость на азербайджанском языке

Kələm turşusu ən sağlam və ləzzətli turşulardan biridir. Kələm turşusu xüsusilə soyuq aylarda hər yeməyin yanında sevilərək yeyilir. Kələm turşusunun qaraciyər yağlarını  aradan qaldırdığı, bağırsaqdakı faydalı bakteriyaları qoruduğu deyilir.

Day.Az ailem.az-a istinadən kələm turşusunun fərqli reseptini təqdim edir.

Ərzaqlar:

1 kq kələm
 
1 ədəd kök
 
5 diş sarımsaq
 
2 ədəd acı və ya şirin bibər
 
1 dəstə cəfəri
 
1 stəkan sirkə
 
1 stəkan su
 
2,5 xörək qaşığı iri duz
 
4-5 ədəd noxud
 
Hazırlanması:
 
Əvvəlcə kələmin yarpaqlarını ayırın və yuyaraq istədiyiniz ölçüdə doğrayın. Kök və sarımsağı da yuyaraq doğrayın. İsti su ilə yaxaladığınız balonun dibinə noxudları qoyun.
Dərin bir qabda kələmi, duzu, sirkəni və sarımsaqları 4-5 dəqiqə ovaraq dadlarının bir-birinə çıxmasını təmin edin.
Balona həmin qarışımdan bir az qoyaraq, üzərinə cəfərini, kökü, bibərləri əlavə edin. Bu prosesi balon dolana qədər davam etdirin. Balon dolduqdan sonra qabın dibində qalan qarışımın suyu ilə 1 stəkan suyu qarışdıraraq balona tökün. Daha sonra balonun qapağını bağlayaraq günəş görməyən bir yerdə 10 gün saxlayın.
 
Nuş olsun!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Читать Day.Az в:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре