Müəllimdən şok hərəkət: tələbələrini iş adı ilə kişilərə satırmış

15 ноября 2017 09:15

Day.Az представляет новость на азербайджанском языке

Ukraynada xoreoqrafiyadan dərs keçən məktəb müəllimi öz tələbələri olan qızları seks-köləlik məqsədilə Türkiyəyə satırmış.

Day.Az bildirir ki, zərərçəkənlər bu barədə REN TV-yə danışıblar.

Nikolayev şəhərindən olan rəqqasın kriminal bizneslə məşğul olduğu ortaya çıxıb. "Türkiyəyə yola düşən qızlar əmin idilər ki, onlar yaxşı pul müqabilində gecə klubunda rəqqasə işləməyə gedirlər, ancaq nəticədə girovlara çevrilərək məcburi seksə sürüklənirdilər", - deyə zərərçəkən bir qızın vəkili kanala bildirib.

Onlara hər gecə rəqsi üçün söz verilmiş 350 dolların əvəzinə 40 dollar ödənilirdi. Daha sonra isə əksəriyyətə bildirilirdi ki, onlar rəqs üçün əlverişli deyillər və 10 dollar müqabilində alkoqol qəbul etmiş müştəriləri əyləndirsinlər.

Qanun qoruyucuları 34 yaşlı cinayətkarı hələ bu ilin martından izləyirdilər və dünən Odessa aeroportunda cinayət başında saxladılar. O, növbəti 20 və 23 yaşlarında olan iki qurbanı "qazanc" dalınca göndərirdi... Qul alverçisi öz tələbələri arasından əsasən az təmin olunmuş və arıq bədən quruluşuna malik qızları seçirdi. (publika.az)

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.