Sabahdan məktəblilərin payız tətili başlayır

15 ноября 2017 09:33

Day.Az представляет новость на азербайджанском языке

Sabahdan Azərbaycanın ümumtəhsil məktəblərində payız tətili başlayır.

Day.Az APA-ya istinadən xəbər verir ki, 2017/2018-ci dərs ilində məktəblilərin payız tətili noyabrın 16-da başlayacaq və noyabrın 20-də başa çatacaq.

Dərslər həm 5 günlük, həm də 6 günlük məktəblərdə noyabrın 21-də başlayacaq.
 
Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun.
 
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.