Günaydan keçmiş ərinə sitəm: "İnsan övladını zorla sevə bilməz ki..."

15 ноября 2017 10:28

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva münsif üzvü olduğu "Ms. & Mr. Star" gözəllik yarışmasının mətbuat konfransına qatılıb. 

Day.Az axşam.az-a istinadən xəbər verir ki, model oğlu Cihangiri keçmiş aktyor əri Tolqa Karelə göstərməməsi iddialarına belə cavab verib:
 
"Tolqanın həftədə bir dəfə uşağını görmək hüququ var. Ancaq 4 ildir bu hüququndan istifadə etmir. Mən ondan pul gözləmirəm. Yeganə istəyim övladına sevgi göstərməsidir. Amma sevgi ürəkdən gələn hissdir. İnsan övladını belə zorla sevə bilməz ki...".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.