Rəşadın vurulduğu həmin yer: cinayətkar hələ də tapılmır

Day.Az представляет новость на азербайджанском языке

Noyabrın 9-u təxminən axşam saat 8-9 radələrində Bakının Mehdiabad qəsəbəsinin "Gənclər Şəhərciyi" ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi barədə ötən gün məlumat vermişdik.

Milli.Az 32 yaşlı Şükürov Rəşadın vurulduğu həmin yerin fotolarını əldə edib.

Qeyd edək ki, Rəşadı maşını ilə vuran şəxs onu qan içində yerdə qoyaraq hadisə yerindən qaçıb. Ərazidə təhlükəsizlik kameraları olsa da, hadisədən 6 gün keçməsinə baxmayaraq şübhəli, hələ də, "tapılmayıb"". 

Maraq üçün bildirək ki, cinayət işini araşdıran Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Ramil Mehdiyev travmatik şokla təcili yardım bölməsində qəbul edilən Rəşadın Məhkəmə Tibbi Ekspertizadan keçməsiylə bağlı heç bir göstəriş verməyib. Milli.Az-ın müxbiri ilə telefon danışığı zamanı, o, bunu qanunvericiliyə uyğun addım kimi qiymətləndirib.

Rəşad hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanasında ("Semaşko") əməliyyat olunur.

Qəzanın baş verdiyi ərazinin fotolarını təqdim edirik:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.