2 günlük körpəsini öldürən atanın həbsxanadan meyiti tapıldı

Day.Az представляет новость на азербайджанском языке

2 günlük körpəsini yumruqlayaraq öldürdüyünə görə ömürlük azadlıqdan məhrum edilən şəxs həbsxanada öldürülüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, onu həbsxanada kamera yoldaşı öldürüb.

Qeyd edək ki, 22 yaşlı Liam Deane Luna adlı 2 günlük körpəsini ağladığına görə yumruqlayaraq öldürüb. Uşağın anası yorulduğu üçün yuxuya gedib və uşağı atasına əmanət edib. Liam isə 2 günlük ağlayan qızın səsinə dözə bilməyib və əsəbləşərək onu yumruqlayıb. O, səhər açılanda xanımına uşağın pilləkənlərdən yuvarlandığını söyləyib. Qadın uşağı xəstəxanaya aparıb. Məlum olub ki, o döyülüb.

Məsələ ilə bağlı polisə xəbərdarlıq edilib. Araşdırmalardan sonra Liam Deane saxlanılıb. O, qızını döydüyünü etiraf edib. Liam ömürlük həbs cəzası alıb.

Hadisə Britaniyada baş verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.