Oyunundan qayıdan azarkeşlər qəzaya düşdülər, ölənlər var

Day.Az представляет новость на азербайджанском языке

Rusiyanın Krasnodar şəhərində Argentina və Nigeriyanın futbol yığmaları arasında keçirilmiş yoldaşlıq görüşündən qayıdan azarkeşlər qəzaya düşüblər.

Day.Az goal.az-a istinadən xəbər verir ki, fanatları gətirən mikroavtobusun yol kənarında dayanmış "KamAz"a çırpılması nəticəsində 5 nəfər həlak olub. Ölənlərdən 2-si azyaşlıdır.

Mikroavtobusda olan digər 7 nəfər isə xəsarət aldıqları üçün xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, matç Nigeriya millisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.