"İkinci pərdə"nin qalasında nələr oldu?

Day.Az представляет новость на азербайджанском языке

"Pərdə" filminin davamı olan "İkinci pərdə"nin qala gecəsi keçirilib.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, gecədə ekran işinin yaradıcı heyəti ilə yanaşı sənət adamları da iştirak ediblər.

Filmin baş prodüseri Orxan Mərdan, rejissoru Emil Quliyevdir. "İkinci pərdə"də Qorqud Cəfər, Günay Əhməd, Hikmət Rəhimov, Elşən Əsgərov və başqaları rol alıblar.

Film nümayişindən əvvəl yaradıcı heyət media nümayəndələrinin suallarını cavablandırıblar. Bildirilib ki, ekran işinin ilk filmlə heç bir bənzərliyi yoxdur. Baş rola çəkilmək üçün yaradıcı heyət aktrisa tapmaqda da çətinlik çəkib. Bu rolu canlandırmağa yalnız günayın razı olduğu deyilib.

Filmdə baş qəhrəmanın ərinə onun dostu ilə xəyanət etməsi əks olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.