Pərviz Bülbülə İLK DƏFƏ ailəsi və övladları barədə danışdı

Day.Az представляет новость на азербайджанском языке

Meyxanaçı Pərviz Bülbülə şəxsi həyatından danışıb.

Day.Az-ın məlumatına görə, "APA TV"-nin "Show time" verilişinə qonaq olan söz ustası övladlarından danışıb. O, bildirib ki, oğlunun musiqiyə marağı olsa da o övladının istəyinə qarşı çıxır:

"Mənə elə gəlir ki, ata kimi pis ata deyiləm. Hər bir valideynin bütün fikri övladıdır. Bu gün çəkdiyim bütün əziyyətin 95%-i onlar üçündür. Sırf onlara görə əziyyət çəkirəm. Elə şeylər var ki, eləməsəm də olar. Bu həyatda tək özümü düşünmürəm. Ailəmi, uşaqlarımı da düşünürəm. Oğlum indidən əlində mikrofon tutmağa başlayıb. Amma yox, ona demişəm ki, mikrofon olmaz. Elə adam var ki, deyir ki, istəyirəm ki, oğlum filan peşənin sahibi olsun. Bu insanın əlində olan iş deyil. Allahın alın yazısı var. Hər kəsə ana bətnində olanda sehrli çubuğunu vurur ki, sən böyüyəndə filan peşəyə yiyələnəcəksən".

P.Bülbülə onu da əlavə edib ki, ən böyük arzusu aktyor olmaq olub: "Aktyor olmaq istəyirdim. İncəsənət Universitetinə qəbul ola bilməmişəm. Amma aktyorluğumu meyxanada istifadə edə bilmişəm. Deməli mən meyxanaçı olmalı imişəm. Belə bir deyim də var ki, sən saydığını say, gör fələk nə sayır. Meyxanaçılığa həvəsim olanda isə valideynlərim qarşımı kəsmədi. Dedilər ki, bacarırsansa, elə. Mən də gördüm ki, nəsə alınır, davam elədim. Mənim övladım da gələcəkdə hansı peşəylə məşğul olmaq istəsə, görsəm ki, bacarmır, deyərəm ki, sənətini dəyiş".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.