Sənubər İskəndərli: "3 aydır müalicədəyəm, mənə əsəbləşmək olmaz"

Day.Az представляет новость на азербайджанском языке

"İkinci pərdə" filminin təqdimat mərasiminə qatılan Sənubər İskəndərlinin gözünün birinin şişməsi diqqətdən qaçmayıb. S.İsgəndərli media nümayəndələrinə müsahibə verməkdən də imtina edib. O, hətta gözünə görə fotolarının çəkilməsinə də etirazını bildirib.

Bu haqda Milli.Az-a açıqlama verən aktrisa bunları bildirib: "Gözümün sinir sisteminə soyuq dəyib, 3 aydır ki, müalicədəyəm. Buna görə efirlərə və mətbuata çıxmırdım ki, başqa yerə yozmasınlar. Mənə əsəbləşmək olmaz, bu xəbərlər məni çox məyus etdi. Müalicəm çox yaxşı gedir, həkimin dediyinə görə hər şey yaxşı olacaq ".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.