"Hər aptek psixotrop maddələrdən ibarət preparatları sata bilməz"

15 ноября 2017 13:24

Day.Az представляет новость на азербайджанском языке

Hər aptek də psixotrop maddələrdən ibarət olan preparatları sata bilməz. Bunun üçün xüsusi icazə verilməlidir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Onun sözlərinə görə, belə apteklərin sayı bu gün üçün heç 10 faizə qədər deyil.

E.Ağayev əlavə edib ki, psixotrop maddələrin, dövriyyəsinə nəzarət edilən preparatların qanunsuz satılmaması ilə bağlı apteklərə mütəmadi şəkildə xəbərdarlıq edilir: "Dövriyyəsinə nəzarət edilən preparatların siyahısı Milli Məclis tərəfindən təsdiq edilib və daim yenilənir. Bu yaxınlarda Səhiyyə Nazirliyi 50 milliqramlıq tramadolun məhz həmin siyahıya daxil edilməsi ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənova müraciət edib".

O bildirib ki, apteklər həmin dərmanların satışında diqqətli olmalıdırlar: "Yoxlamalar dayandırıldığı zaman nazirlik yoxlama apara bilmirdi. Ancaq yeni qanunvericiliyə görə, bununla bağlı Səhiyyə Nazirliyinə səlahiyyətlər verilib".

Tibb müəssisələri qanuna riayət etməlidirlər ki, ağır iqtisadi cəzalarla cəzalandırılmasınlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.