"Artıq İncəsənət Universitetini də, Konservatoriyanı da bağlasınlar"

Day.Az представляет новость на азербайджанском языке

ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişinin qonağı olan aktyor Azər Axşam maraqlı açıqlamaları ilə diqqət çəkib.

Day.Az Milli.Az-a istinadla xəbər verir ki, aktyor bu gün seriallarda qeyri sənət sahiblərinin rol almasına etiraz edib:

"Mən aktyor olmaq üçün 5 il universitet oxumuşam. Ondan sonra bizim rayonda Osman müəllim var, o, teatr dərnəyi açmışdı. Əvvəl orada teatrı öyrənməyə başladım. Sonra universitetə girdim, sonra Pantomim teatrında işlədim və sonra İrəvan Dövlət Teatrında işlədim. Aktyor olmağı asanlaşdırdıqları üçün deyirlər ki, "Mən o boyda yolu niyə getməliyəm, oxumalıyam ki? Bir seriala çəkilim, sabah da filmlərdə çəkilim gedim". Bununla da sənət ölür, məktəb ölür. O zaman artıq İncəsənət Universitetini də, Konservatoriyanı da bağlayaq ki, ehtiyac yoxdur. Əgər müğənni və aktyorları müsabiqələrdən seçəcəyiksə, onda universitetdə "səhnə danışığı", "səhnə hərəkəti", "səhnə plastikası", "səhnə döyüşü dərsləri" var. Onda nə üçün keçirilirdi?" 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.