"Açıq-saçıq səhnələrə görə icazə almışam"

Day.Az представляет новость на азербайджанском языке

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Niyam Salami maraqlı açıqlamalar verib.

Day.Az xəbər verir ki, Niyam Salami ardı-arası kəsilməyən tələblərə cavab olaraq, yeni mahnısına klip çəkdirməyə qərar verib:

"Elvin İmanov mənim və öz zövqünə uyğun olaraq, bir mahnı yaratdı. Aranjimandan çox xoşum gəldi. Mahnının adını da bəyəndim, "Yanımdan danışmadan keç". Gördüm ki, mahnını oxuyuram və mənə yazırlar ki, filan efirdə bu mahnını oxumusuz, filan yerdə bu mahnını səsləndirmisiz, bunu necə tapaq? Anladım ki, ifaya xeyli maraq var. 

Dedim klip çəkdirək. Beynimdə bir fikir var idi. Onu yerinə yetirdim. Deyim ki, möhtəşəm bir klip çəkdirdim yox". 

Müğənni yağışın onun klip çəkilişinə imkan vermədiyini və çətin anlar yaşadığını bildirib:

"İş görmək istəyirsənsə, nə isə etməlisən. Mən işə başlayan kimi yağış yağdı. Hər şey hazır idi. Klipdə bayır görüntüləri də olmalıdı idi. Yağış yağdı, qanım qaraldı". 

O, klipi başqa bir tərzdə çəkməyə qərar verib: "Model dostum var, Orxan Məmmədov. Zəng etdim, gəldi. Nunu Allahverdizadə var, o da dostumdur. Ona da zəng etdim. Aləmi bir-birinə qatıb hamını bir yerə yığdım, bir şey yaratdım. Qapalı yerlərin çəkilişi elə də asan başa gəlmir. İşığın səhnədə qurulması üçün yarım saat, bir saat vaxtımız getmədi, sadəcə, 10 dəqiqəyə hər şey hazır oldu. Gəlib görürdüm ki, mən istədiyimdi. Ona görə ürəyim gülür. Çəkiliş normal keçdi. Hazırda çəkilən klipdən sonrakı iş çox gözəl bir iş olacaq. Orda Fərid Ağa çəkiləcək, orda Rüfət var, orda mən varam, orda rəqqasə Renka var, model oğlan var". 

Niyam daha sonra Renkanı klipə dəvət etməsindən də danışdı:

"Klipdə həddən artıq açıq-saçıqlıq olmayacaq, Renka tərəfdən açıq-saçıqlıq olacaq. Klipin ritmi bunu tələb edir. Mən buna məcburam. Çəkiliş üçün Renkadan icazə almışam. Orda şokoladdan istifadə olunacaq, qəhvədən istifadə olunacaq, dulus palçığından istifadə olunacaq. Mən elə bir klip çəkmərəm ki, məni daş-qalaq etsinlər. Elə bir klip yaradacam ki, daş-qalağa ehtiyac qalmayacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: