"II Bakı Şopinq Festivalında alıcıların sayı 2 dəfə artıb"

15 ноября 2017 13:40

Day.Az представляет новость на азербайджанском языке

II Bakı Şopinq Festivalında alıcıların sayı 2 dəfə artıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, II Şopinq Festivalı bundan əvvəlki festival kimi böyük marağa səbəb oldu:

"Müxtəlif ölkələrdən, xüsusilə Körfəz ölkələrindən, eləcə də İrandan və Rusiyadan turistlərin məhz Şopinq Festivalı çərçivəsində Azərbaycana gəlməsi olduqca təqdirəlayiqdir və bu, bizi çox sevindirir. Turist axını keçən dəfəyə nisbətən çoxalır. Yerli sakinlərin də marağı artıb".

Ə.Qarayev əlavə edib ki, II Bakı Şopinq Festivalında alıcıların sayı ilk festivalla müqayisədə 1,5 - 2 dəfə artıb: "Bu, birinci il üçün yaxşı nəticədir. Amma dəqiq rəqəmləri ayın axırında təqdim edəcəyik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.