"Anam az qala əlimizdən getmişdi" - Fədayənin bacısı

15 ноября 2017 13:52

Day.Az представляет новость на азербайджанском языке

Hazırda həbsdə olan müğənni Fədayə Laçının bacısı İlahə Fəda baş verən hadisələrə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, sənətçi Zaur Baxşəliyevin "Bizimləsən" verilişinə zəng edərək bacısının həbsi ilə bağlı sualları cavablandırıb. O bildirib ki, hazırda istintaq gedir:

"Bacımın vəziyyətini bilirisiniz. İstintaq gedir. Günahı varsa, cəzasını çəkəcək, günahı yoxdursa, oradan çıxacaq. Başımıza heç vaxt belə iş gəlməmişdi".

İ.Fəda Fədayənin bir neçə gün əvvəl yayılan ölüm xəbərinə əsəbiləşdiyini deyib:

"Anam az qala əlimizdən getmişdi. Allah belə bir olayı heç kimin başına gətirməsin. Həmin gecəni biz necə keçirdik Allah bilir. Bilirəm ki, bacım o qədər zəif insan deyil. Zəif qəlbi olanın o boyda sənəti ola bilər? Deyirlər, ürək çatışmazlığından dünyasını dəyişib. Onun özü boyda ürəyi var. Fədayənin həbs olunması xəbərindən bəzi saytlar pul qazanırlar, reytinq yığırlar. Fədayəni reklam edirlər.

Əslində həmin saytları məhkəməyə verə bilərəm. Amma inanın ki, bizim ailənin polislə işi olmayıb. Biz adi sıradan insanıq, sadəcə istedadımız var. Kim nə yazır yazsın. Bacımı tanıyıram, ciyərini bilirəm. Bacım sənətkardır, bunu bütün xalq da bilir. Sağdır ki, onun haqqında bu qədər danışırlar. Əllərini vicdanlarının üstünə qoysunlar, əgər varsa".

Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.
 
F.Laçın həmin iş üzrə təqsirləndirilərək barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
F.Laçının qaçan məhbuslardan biri, "Qoca" ləqəbli avtoritet Etibar Məmmədovla fotosu yayılıb. Fədayə "Qoca" ilə sevgili olub. "Qoca" polislə atışma zamanı dünyasını dəyişib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.