Ruslar müsəlmanlara qarşı nifrət yaratmaq istədilər - Qalmaqallı FOTOnun müəllifi danışdı - VIDEO

15 ноября 2017 14:10

Day.Az представляет новость на азербайджанском языке

İngiltərədə baş verən Vestminister terror aktı zamanı fotosu çəkilən müsəlman qadının qəsdən "vecsiz" kimi təqdim edildiyi məlum olub. İddialara görə, Rusiyada yaradılan saxta hesablarda bu foto paylaşılıb və müsəlmanlara qarşı nifrət oyadılıb.

Tvitterdə @Southlonestar adlı hesabda terror qurbanlarının yerdə uzandığı vaxtda hicablı qadının əlində telefonla oradan keçdiyi zaman çəkilən şəkil paylaşılıb.

Fotoya qeyd olaraq yazılıb:

"Müsəlman qadın yerdə uzanan xristian dininə mənsub qurbanlara fikir vermir və telefonla oynayaraq oradan düz keçir. #PrayForLondon #Westminster #BanIslam"

Bu tvitdən sonra Britaniyalı və Amerikalı aktivistlər fotonu bütün dünyaya yayaraq müsəlmanlara qarşı nifrət yaratmağa çalışıblar.

Milli.Az bildirir ki, fotonun müəllifi The Independent-ə açıqlama verib. Ceymi Lorriman qadınla bağlı deyilənlərin yalnış olduğunu dilə gətirib. O bildirib ki, fotonu bu qeydlə paylaşanlar rusiyalılardır.

"Qadın terror zamanı körpüdə qorxuya düşənlərdən biridir. Onun üzündə qorxu və narahatlıq aşkar şəkildə bilinir. O, sadəcə, ətrafda can verən insanlara baxa bilmədiyi üçün belə edib. Fotomun bu məqsədlər üçün istifadə olunmasına nifrət edirəm".

Qeyd edək ki, bu ilin mart ayında 52 yaşlı Xalid Məsud adlı şəxs Vestminister körpüsündə avtomobilini insanların üzərinə sürüb. Hadisə nəticəsində 5 nəfər ölüb, onlardan biri polisdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Ruslar müsəlmanlara qarşı nifrət yaratmaq istədilər - qalmaqallı FOTOnun müəllifi danışdı