İrem Derici: "Selfi çəkdim, saqqalım da düşdü"

Day.Az представляет новость на азербайджанском языке

"O Ses Türkiyə" müsabiqəsinə qatılsa da, qalib olmayan, sonradan "Kalbimin tek sahibine" mahnısı ilə şöhrət qazanan müğənni İrem Derici yenə gündəmə gəlib.

Milli.Az Haberler-ə istinadla xəbər verir ki, hər zaman yersiz ifadələri ilə diqqət çəkən müğənni radio verilişlərin birinə qonaq olub.

İrem Derici xəstəxanada olduğu müddətdə telefon istifadə edilməsinə icazə verilmədiyinə görə tibb bacılarının telefonlarını oğurlamaq istədiyini söyləyib.

İrem sosial şəbəkədə tez-tez paylaşdığı fotolar barədə də açıqlama verib. O bildirib ki, işıqlı havada selfi çəkəndə üzündəki tüklər də düşür.

"Selfi çəkdim, saqqalım da düşdü. Getdim təraş oldum. Şəkil çəkdirəndə qəşəng paltarlarımı geyinirəm. İşimiz budur, məcburuq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.