"Dünənə kimi mən ən pis qadın idim"

Day.Az представляет новость на азербайджанском языке

ARB telekanalında "Səhər-Səhər" verilişinin qonağı olan Roza Zərgərli ailə həyatı ilə bağlı bəzi gizli məqamlara aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, xanım ifaçı övladlığa götürdüyü uşaqlarından danışıb:

"Nadirnən biz illərin dostuyuq. Nadir belə bilirdi ki, övladlığa götürmə uşaqlardır. Hətta ondan soruşan olanda deyirdi ki, "öz uşaqlarıdır". Çünki bilirdi ki, bu, mənim həssas nöqtəmdir. Elə bir məqama gəlib çıxdım ki, bezdim. İnsanın boğazına bıçaq dirənən an var. O an bizdə gəlib çatdı. Mən bunu mediada yayılmağının qarşısını bir neçə dəfə almışdım. Bu haqda heç harada danışmadım, qoymadım yayılsın. Son vaxtlar bir neçə reket jurnalist başladılar basqı etməyə ki, "Roza Zərgərli evli olmayıb. Roza Zərgərli 5 dəfə ailə qurub. Roza Zərgərlinin əri əcnəbidir. Buna sübut övladlarının adıdır. Məni o qədər bezdirdilər ki, mən bərk xəstələndim. 10 gün xəstəxanada yatdım. Mən məcbur oldum açıqlayım ki, bu, belə deyil. Mən zamanında əziyyət çəkmişəm. Evdəkilər gördü ki, pisəm, qızım, oğlum dedi ki, "Bu, bizə zərər gətirməyəcək. Sənə belə pis gözlə baxırlarsa, aç de". Onsuz da, uşaqlar bilirdi. Biri universitetdə oxuyur, biri ailəlidir. Balaca məktəbdə oxuyur. Niyə gəlib ona sual versinlər "Roza sənin anan deyil?". Axırda uşaqlar dedilər "Bizim heç vecimizə də deyil. Bizə sual verənin cavabını verəcəyik. İstəyirsən, açıqla". Mən məcburiyyətdən açıqladım. Dünənə kimi mən ən pis qadın idim. Sabahı artıq oldum ağ qanadlı mələk".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.