Bakıda qəzada yaralanmış xəstəni aparan təcili tibbi yardım maşını qəza törətdi

15 ноября 2017 15:03

Day.Az представляет новость на азербайджанском языке

Bakıda təcili tibbi yardım maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Rəşid Behbudov küçəsi, 8 saylı orta məktəbin yaxınlığında qeyd alınıb.

Məlumata görə, "Chevrolet" markalı avtomobil tərəfindən vurulan piyadanı xəstəxanaya aparan təcili tibbi yardım maşını hərəkətdə olan başqa avtomobillə toqquşub.

İlkin ehtimala görə, ikinci qəza təcili tibbi yardım maşını yaralı şəxsi təcili xəstəxanaya çatdırmaq məqsədilə qırmızı işıqda hərəkət edərkən baş verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.