Azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi qaydaları məlum oldu

15 ноября 2017 14:45

Day.Az представляет новость на азербайджанском языке

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Prezidenti tərəfindən təqdim edilən Cəzaların İcrası Məcəlləsinə yeni VII-I Fəslinin (Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasına başlanılması qaydası) əlavə edilməsi ilə bağlı layihə müzakirəyə çıxarılıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, təklif olunan fəslə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının icrasını həyata keçirən məmur məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surətini və həmin hökmün icrası barədə göstərişi aldığı 3 gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə qeydiyyatdan keçməsinə dair yazılı bildiriş göstərir.
 
Həmin məhkum 3 gündə cəzanın icrasına nəzarət edən orqana gəlməlidir. Layihədə cəzanın çəkilmə qaydası müvafiq maddələr üzrə açıqlanıb.
 
Qeyd edək ki, azadlığın məhdudlaşdırılması cəzası bu il Cinayət Məcəlləsinə əlavə olaraq qəbul edilib.
 
Yeni cəza məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutur.
 
Cəza 6 aydan 5 ilə qədər hesablanır.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.