"Peşə məktəbləri ilə əməkdaşlıq edən işəgötürənlərə vergi güzəştləri tətbiq edilməlidir"

15 ноября 2017 16:30

Day.Az представляет новость на азербайджанском языке

Peşə təhsil sahəsi üzrə əməkdaşlıq edən işəgötürənləri bu sahə üzrə fəaliyyətə həvəsləndirmək üçün onlara hər hansı vergi güzəştləri tətbiq edilməlidir.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Bəxtiyar Əliyev "Peşə təhsili haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, özəl sektor bu sahənin ən fəal iştirakçısına çevrilməlidir: "Bunun üçün kifayət qədər resurslarımız var".

B.Əliyev qeyd edib ki, peşə təhsilinin inkişafı üçün dövlət dəstəyi göstəririlir. Lakin bu dəstəyin daha da artırılması üçün aparılan işlər sürətləndirilməlidir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.