İranda zəlzələ qurbanlarının sayı 474 nəfər oldu

15 ноября 2017 16:39

Day.Az представляет новость на азербайджанском языке

İranın İraqla sərhədində baş vermiş zəlzələ qurbanlarının sayı artmaqda davam edir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, yerli "Tasnim" agentliyi son rəqəm olaraq ölənlərin sayını 474 nəfər qeyd edib. Yaralıların sayı isə 9388 nəfər göstərilib.

Qeyd edək ki, İranın İraqla sərhədində noyabrın 12-də 7,2 bal gücündə zəlzələ baş verib.

Xatırladaq ki, zəlzələ güclü olduğundan yeraltı təkanlar hətta Azərbaycan, Küveyt, BƏƏ-də də az bal gücündə hiss olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.