12 milyon dollar dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi oldu

15 ноября 2017 17:38

Day.Az представляет новость на азербайджанском языке

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib.

Day.Az Trend-ə istinadən bildirir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb. C.Canıyev özünü günahkar bilməyib və ittiham olunduğu məbləği mənimsəmədiyini deyib.

İş üzrə məhkəmə prosesi noyabrın 22-nə təyin edilib.

İttihama görə, iş adamı C.Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla, onlardan külli miqdarda pul alıb. C.Canıyev ümumilikdə, 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.