Səməd restoran menyusuna salınan müğənnilərin adını açıqladı

Day.Az представляет новость на азербайджанском языке

Xalq artisti Səməd Səmədov "5/5" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aparıcı Zaur Kamal müğənniyə "Eşitdik siz də restoranın menyusuna salınan müğənnilərdənsiniz" sualını ünvanlayıb. 

S.Səmədov müğənnilərin sirrini açaraq, restoran menyusuna salınan həmkarlarının adlarını sadalayıb:

"Sağ olsunlar, məni də menyuya saldılar. Yaxşı şeydir, evdə oturmaqdansa belə yaxşıdır. Axı evdə paslanırıq. Bir saat toyda gedib oxuyuruq. Getdim gördüm ki, menyuda Cavanşir Məmmədov, Firuzə İbadova, Nazənin, Mənzurə Musayeva, Elza Seyidcahan və başqaları. Bütün ulduzlar menyuya salınır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.