"Rejissor məni danladı, qolumdan tutub..." - Daha bir aktrisa "Vicdan haqqı"nı tərk etdi - FOTOLAR

15 ноября 2017 17:50

Day.Az представляет новость на азербайджанском языке

Aktrisa Natavan Əfəndiyeva "Vicdan haqqı" serialını tərk edib. O bu haqda Milli.Az-a danışıb.

"Rövşən İsaxla yeni-yeni çalışmağa başladığım vaxtlarda mən ona ata kimi baxırdım. Münasibətimiz çox yaxşı idi, o mənimlə həmişə məsləhətləşib, dərdləşirdi. "Don Marleone" filminə çəkiləndən sonra onların mənə qarşı olan münasibəti kökündən dəyişdi. Mənə mətni gec göndərdikləri üçün çəkilişdə bir az problemlər oldu. Çünki mən çəkiliş meydançasında mətnlə tanış olmuşdum. Çəkilişdən sonra lifti Rövşən İsaxla qalxanda bizim bir balaca söz-söhbətimiz oldu. Yenidən çəkiliş meydançasına qayıdanda məni danlamağa, qolumdan tutub sürütləməyə başladı. Dedi ki, sən aktrisa deyilsən, oynaya bilmirsən. Dedim ki, bəs indiyə kimi kim oynayıb? Əlbəttə ki, mən bu təhqirləri qəbul etmədim. Mikrofonu üstümdən çıxarıb çəkiliş meydançasını birdəfəlik tərk etdim" deyə aktrisa bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.