"Hava qaralan vaxt hasardan tullanmışam"

Day.Az представляет новость на азербайджанском языке

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində silsilə mənzil oğurluqları törədən şəxs saxlanılıb.

Day.Az ARB TV-yə istinadla xəbər verir ki, oktyabrın 23-dən noyabrın 10-dək olan müddətdə rayon ərazisindəki 6 evdən pul, qızıl, mobil telefon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Xəyyam Şahbazov tutulub.

Xəyyam Şahbazov (saxlanılan şəxs): "Hava qaralan vaxt gəzmişəm. Hasardan tullanmışam. Elə olub ki, 1500 manat pul, telefon, qızıl və s götürmüşəm. Qızılları Sumqayıtda satmışam".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: