Şirvan Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi

Day.Az представляет новость на азербайджанском языке

Şirvan Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Day.Az "Report"a istinadən bildirir ki, Fəqan Həsənov şəhər icra başçısının müavini - Şəhər təsərrüfat şöbəsinin müdiri təyin edilib.

O, bu təyinatadək Şirvan şəhər bələdiyyəsi sədrinin müavini vəzifəsində işləyib.

Qeyd edək ki, icra başçısının müavini Şəfayət Vaqif oğlu Əsgərov bu il avqustun 12-də xəstəxanada ürək əməliyyatı zamanı dünyasını dəyişib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.