Təkcə üzr istəmək kifayət deyil

Day.Az представляет новость на азербайджанском языке

Norveçdə keçirilən təlimlər zamanı Mustafa Kəmal Atatürkün şəkili "şərti düşmən" stendində əks olunduqdan sonra edilən üzrxaxlıq kifayət deyil.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Siz dünən Norveçdə NATO-nun təlimləri zamanı Türkiyəyə qarşı hörmətsizliyi gördüz. Elə səhvlər var ki, onlar ağılsız deyil, alçaq insanlar tərəfindən edilir. Bu mövzunun bağlı hesab olunması üçün tək üzr istəmək kifayət deyil", - deyə Ərdoğan bildirib.

Ölkə prezidenti NATO-nun Norveçdəki təlimlərindən türk hərbiçilərinin geriyə çağırılması barədə qərarın qəbul olunduğunu da bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.