Bu dərmanı hər gün eyni saatda içməsəniz...

Day.Az представляет новость на азербайджанском языке

Ailə planlaşdırılması ailələrin istədikləri zaman, istədikləri sayda və baxa biləcəkləri qədər uşaq sahibi ola bilmələri üçün təqdim edilən xidmətlərin ümumiləşmiş formasına verilən addır. Dünyada ən çox istifadə edilən, müasir, səmərəli doğuşa nəzarət üsullarından biri də doğuş  həbləridir. Tərkibində qadınlıq hormonu adlandırılan estradiol və hamiləlik hormonu olan progesteron ehtiva edən bu dərmanlar 1950-ci ildə kəşf edilib. 1960-cı ildə isə istifadə edilməyə başlanıb. İlk istifadə dərmanlarında estrogen dozası 150 mikroqramadək yüksək olub. Hazırda isə bu rəqəm 20 mikroqramdır. Mütəxəssislər bu dozanı 15 mikroqramadək aşağı salmaq üzərində təcrübələr aparırlar. Bəzi dərmanlar tüklənmə və çəki artırmağa meylli olduğu halda yeni istehsal edilənlər əksinə, tüklənmənin qarşısını alır və çəki artırmır. Hətta çəkini azaltma qabiliyyəti də müşahidə edilib. Ailem.az doğuş həbləri haqqında çoxlarının bilmədiyi məqamları sadalayacaq.

Prezervativ və spiraldan daha təsirlidir

- Doğuş həbləri qüsursuz və uyğun istifadə edildikdə 0,3%, səhv istifadələrdə isə 8% müvəffəqiyyətsizlik ehtimalına (hamiləlik şansı) malikdir. Yəni bu dərmandan nə qədər düzgün istifadə edilsə də, hər üsul kimi müvəffəqiyyətsizlik (hamilə qalma ehtimalı) riski var.

- Müqayisə edildikdə isə prezervativ və spiral kimi üsullara nisbətən hamiləliyin qarşısını alan ən təsirli üsuldur.

- Hamiləliyin qarşısı qadında yumurtlamağa təsir etmək, spermanın uşaqlığa keçməsini mürəkkəbləşdirmək, uşaqlıq divarını nazildərək embrionun yerləşməsinə mane olmaq kimi üsullarla alınır.

- Dərmanı dayandırdıqdan sonra ilk 3 ay ərzində hamilə olmaq şansı 90% geri dönür. Bu isə sübut edir ki, insanlar arasında yayılan "doğuş həbləri sonsuzluq yaradır" fikri yanlışdır. Belə ki, əgər bu dərmanlar sonsuzluğa səbəb olsaydı, 1 gün belə unudulduqda hamilə qalmaq mümkün olardımı?

Əlavə faydaları da mövcuddur

Bu həblər hamilə qalmağa nəzarət etməklə yanaşı, menstruasiyanı nizamlayır, qanama və sancıları azaldır, sadə yumurtalıq kistalarını müalicə edir, sümük əriməsi, saç tökülməsi və sızanaq meydana gəlməsinin qarşısının alır. Bundan başqa uşaqlıq-yumurtalıq və sütun xərçənginin qarşısını almaq kimi bir çox əlavə faydaları da mövcuddur. Bir çox satış yerlərində 3 həftə istifadə edilib, 1 həftə ara verilən, 28 gün ardıcıl istifadə edilən və hətta il boyu hər gün istifadə edilən bəzi dərmanlar mövcuddur. Doğuş həblərinin siqaretlə istifadəsi tövsiyə olunmur.

Diqqət edilməli məqamlar

1. Bu dərmanlar hər gün eyni saatda və nizamlı olaraq istifadə edilməlidir. Unutqanlıq problemi olan və bu qaydaya riayət edə bilməyənlər üçün məsləhət görülmür. Dərman bitdiyi halda yenidən almağı unutduğunuzda ağlınıza gələn kimi alın. Əgər növbəti doza zamanı ağlınıza gələrsə, 2 dənə birdən (unudulan doza və həmin günkü doza) qəbul edilməlidir. 48 saat unudulduğu halda bu, tsikl ləğv edilir, dərman kəsilir və menstruasiya gözlənilir. Yeni menstruasiya ilə birlikdə yeni qutuya başlamaq olar.

2. Kök qadınlarda dərmanın yumurtlamağa təsir dozası kifayət etməyə bilər. Ona görə də dozanı artırmaq olar. Belə ki, çəkisi 70 kilodan çox olan qadınlarda müvəffəqiyyətsizlik riski 1,6 və aşağı dozalı dərmanlarda 4-5 qat artır. Yəni dərman dozası xəstəyə əsasən nizamlanmalı, arıq qadınlara daha aşağı doza verilməlidir.

3. Subay və hamiləlik riski olmayan qadınlar dərmana menstruasiyanın ilk 5 günü başlaya bilərlər. Evli və hamilə olmaq istəməyənlər isə menstruasiyanın ilk günü başlamaları məsləhətdir. Əks təqdirdə o ay üçün əlavə qorunma vasitəsi (prezervativ, çölə boşalma v s.) təklif edilməlidir.

4. Doğuş həbləri bir çox dərmanla birlikdə atıla bilər. Bəzi dərmanlarla birlikdə qəbul edildikdə dozası azaldılmalı, bəzilərində doza artırılmalıdır. Bunlara nümunə kimi qızdırma salan dərmanlar birgə atıldıqda doza artırılmalı, antidepressant istifadə edildikdə isə 1/3 nisbətində azaldılmalıdır. Antibiotiklərlə birgə istifadə edilməsi haqqında isə heç bir məlumat yoxdur. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.