Bakıda 16 mərtəbəli binadan bahalı avtomobilin üzərinə paltaryuyan maşın atdılar

Day.Az представляет новость на азербайджанском языке

Bakıda binadan avtomobilin üzərinə paltaryuyan maşın atıblar.

Day.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, "Moskva" univermağının yaxınlığındakı binanın qarşısında baş verib. Həmin binanın 8-ci mərtəbəsinin eyvanından atılan paltaryuyan maşın həyətdə dayanan "LEXUS" markalı bahalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları gəlib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.